Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar


Çar Rusiyası Azərbaycana öz müstəmləkəsi, xalqına isə öz təbəəsi kimi baxırdı.

Çar məmurlarının nəzərində dünyaya böyük şairlər, filosoflar, fatehlər, sərkərdələr bəxş etmiş Azərbaycan xalqı geri qalmış, babar, vəhşi bir xalq idi. III Aleksandrın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarının nümayəndəsi kimi, Hacı Zeynalabdin Tağıyev də iştirak edirmiş. Manaf Süleymanov yazır ki, mərasim zamanı çarın müşaviri mərasim iştirakçılarını bir-bir çara təqdim edir. Növbə Hacı Zeynalabdin Tağıyevə çatanda o elə zənn edir ki, Hacı Zeynalabdin Tağıyev rus dilini başa düşmür, deyir: “Ваше величество, это предетавитель дикого пагода (zati – aliləri bu, vəhşi xalqın nümayəndəsidir)”.

Hacı Zeynalabdin Tağıyev başını qaldırıb cavab verir: “Мы не дикие, мой народ не дикий, он имеет богатую, многовековую свою историю (Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malikdir)”.

Təbii ki, çarın müşavirinin bir az dünya görüşü olsa idi, Şərqə belə münasibət bəsləməzdi, XIX əsrdə Rusiyanın şərqşünaslıq elmində Azərbaycan ziyalılarının ciddi rol oynadığını bilər, ən azı Mirzə Cəfər Topçubaşovu (Peterburq Universitetinin professoru, London Kral Asiya Cəmiyyətinin üzvü), Mirzə Kazım bəy (Kazan və Sankt-Peterburq Universitetinin professoru, fakültə dekanı) tanıyardı. Qabaqcıl rus və azərbaycanlı alimlərin, o cümlədən Strasburq Universitetinin məzunu, kimyaçı Mövsüm bəy Xanlarovun iştirak etdiyi Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi (1879) haqqında təsəvvürü olardı və yəqin ki, o zaman Azərbaycan xalqı haqqında bu sözləri söyləməzdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər