Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


19.09.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılır. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılır. Bu şərtlər daxilində bu sistem ( -π, π ) intervalında Morri tip fəzada bazis təşkil edir. Qeyd etmək lazımdır ki, bu sistem qeyri-harmonik Furye sıraları nəzəriyyəsində xüsusi maraq kəsb edir və Lebeq fəzalarında onun bazsilik xassələri Peli-Viner və Levinsonun işlərində öyrənilməyə başlanılmışdır. Bu sistemin ß parametrinə nəzərən bazislik kriteriyası Lebeq fəzalarında A.M. Sedletskii və E.İ. Moiseyevin işlərində alınmışdır. Qeyd edək ki, Morri fəzalarında bazisilik kriteriyası Lebeq fəzalarındakı bazsilik kriteiyasından fərqlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər