Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Morri tip fəzalarda həyəcanlanmış eksponent sisteminin bazisliyi” mövzusunda məruzə edib.

Məruzədə ß müəyyən kompleks parametr olduqda {ei(n-ßsignn)t}neZ həyəcanlanmış eksponent sisteminə baxılıb. ß parametri üzərinə zəruri və kafi şərtlər tapılıb. Bu şərtlər daxilində bu sistem ( -π, π ) intervalında Morri tip fəzada bazis təşkil edir.

Qeyri-harmonik Furye sıraları nəzəriyyəsində bu tip sistem xüsusi maraq kəsb edir. Lebeq fəzalarında onun bazsilik xassələri Peli-Viner və Levinsonun işlərində öyrənilməyə başlanılmışdır.

Bu sistemin ß parametrinə nəzərən bazislik kriteriyası Lebeq fəzalarında A.M. Sedletskii və E.İ. Moiseyevin işlərində alınmışdır. Qeyd edək ki, Morri fəzalarında bazisilik kriteriyası Lebeq fəzalarındakı bazsilik kriteiyasından fərqlənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər