Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Nəsib bəy Yusifbəyli (1881-1920) kim olub?


Yusifbəyli Nəsib bəy Yusif oğlu Gəncə şəhərində anadan olmuşdu. Orta təhsilini Gəncə gimnaziyasında almış, 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olmuş, amma universitet müvəqqəti bağlandığı üçün təhsilini başa vura bilməmişdi. Baxçasaray (Krım) şəhərinə gedib İsmayıl Qaspiralının “Tərcüman” qəzeti ilə əməkdaşlıq etmişdi. 1908-ci ildə İstanbula köçmüş, burada “Türk dərnəyi” cəmiyyətini təşkil etmişdi. 1909-cu ildə Gəncəyə qayıdıb şəhər bələdiyyəsində çalışmışdır. 1917-ci ildə Gəncədə “Milli Fedaralistlərin Türk Partiyasını” yaratmış, az sonra bu partiya M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsəlman Demokratik Müsavat Partiyası” ilə birləşmişdir.

Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya Fedarativ hökumətində maarif naziri, ADR hökumətində maarif naziri, hökumət sədri, Daxili İşlər naziri vəzifələrində işləmişdir. Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Bakını tərk edərkən yolda faciəli sürətdə qətlə yetirilmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər