Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edib.

Məruzədə Besov-Morri tipli fəzalar daxil edilib. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün daxilolma teoremləri verilib. Həmçinin bu fəzalardan olan funksiyaların qarışıq törəmələrinin ümumiləşmiş Hölder şərtini ödəməsi göstərilib. Ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər