AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda f-r.e.n. dos. Abbasov Elxan Məcid oğlu “Mürəkkəb profilli boru kəmərində mayenin hərəkət hidrodinamikasinin modelləşdirilməsi” mövzusunda məruzə edib.
Mürəkkəb profilli boru kəmərində sıxılan mayenin qeyri-stasionar hərəkəti hidrodinamikasının modeli qurulub. Alınmış əlaqəli diferensial tənliklərin həlli verilib. Sistemin parametrlərindən asılı olaraq boru kəmərinin çıxışında homogen mayenin sərfini tapmağa imkan verən analitik ifadə alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.