Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mehriban Məmmədova “İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda məruzə edib.

Məruzədə Reley nəzəriyyəsi əsasında sonlu uzunluğu olan özlüzədələnən çubuğun uzununa rəqsləri məsələsi həll edilib.

Polimer və kompozit materialların geniş istifadə olunması və zədələnmə amilinin nəzərə alınması ilə əlaqədar konstruksiya elementlərinin rəqslərinin tədqiqi aktual olduğu kimi qalır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər