Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


31.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun aparıcı elmi işçisi Nurlana Ağayeva “Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda məruzə edəcəkdir.

Təzyiqin bərpası prosesinin inteqral modeli qurulmuş və əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla təzyiqin bərpası prosesinin dinamikasını təyin etməyə imkan verən analitik ifadə alınmışdır. Lay-quyu-nəql sistemində neftin süzülməsi prosesinin hidrodinamik modeli qurulmuş və alınmış əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Nəql prosesində baş verən rejim dəyişilmələrinin neftin süzülməsi prosesinə təsiri müəyyən edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər