Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla aproksimasiyası” mövzusunda seminar keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin elmi işçisi Aytəkin Ehtiram qızı Abdullayevanın “Dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla aproksimasiyası” mövzusunda məruzəsi olub.

Məruzədə dəyişən dərəcəli Lebeq fəzasında funksiyaların xətti müsbət operatorlarla approksimasiya teoremləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər