Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.11.2018-ci il tarixində, saat 10:00-da Ümuminstitut seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçiləri astrofiziki məsələlərin həllində qarşıya çıxmış bəzi riyazi problemlərin təqdimatı ilə məruzə edəcəklər:

1. f.-r.e.n., dos. Mirnamik Bəşirov “Anizotrop Günəş küləyi modeli üçün MHD köçürmə tənliklərinin bəzi həlləri” (məruzədə anizotrop günəş küləyi plazması üçün alınmış qeyrixətti adi diferensial tənliklər sistemi və onun alınmış bəzi həlləri müzakirə olunacaqdır).

2. k.e.i. Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnit-hidrodinamik Kelvin-Helmholts tipli dayanıqsızlıq” (məruzədə günəş küləyinin müxtəlif sürətli axınlarının kontakt səthlərində yaranan plazma dayanıqsızlıqları və bununla bağlı meydana gələn riyazi çətinliklər müzakirə ediləcəkdir).

3. e.i. Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” (məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri müzakirə ediləcəkdir).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər