Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


21.11.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarında “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı Elxan Abbasov “Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qaz quyularında qazın qeyri-stasionar süzülmə prosesinin inreqral modeli qurularaq alınan əlaqəli differensial tənliklər sisteminin həllinin verilməsi haqqında danışılacaq. Məsələnin həllini asanlaşdırmaq üçün metodlar işlənmişdir. Quyunun ani bağlandığı hal üçün quyudibi və quyuağzı təzyiqin dinamikası təyin edilir. Quyu-lay sisteminin dinamik əlaqəsi və laydan quyuya gələn qazın ani kəsilmədiyi nəzərə alınaraq təzyiqin bərpa əyrilərini öyrənmək üçün analitik ifadələr alınmışdır.

Arzu edənlər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər