Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib.

Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edib.

Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan düzxətli çatın qismən bağlanması tədqiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər