Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dağ süxuru əhatəsində olan içiboş silindrdə daxili təzyiq təsirinin riyazi modelləşdirilməsi” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Dağ süxuru əhatəsində olan içiboş silindrdə daxili təzyiq təsirinin riyazi modelləşdirilməsi” mövzusunda məruzə edib.

Məruzədə xaricindən dağ süxuru ilə əhatə olunmuş uzun içiboş silindrdə daxili təzyiqin təsiri tədqiq edilib. Silindrin materialı xətti elastiki mühit və irsi elastiki xassəli mühit kimi qəbul edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər