19/12/2018
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işçi, f.r.-e.n., dosent Aydın Şahbazov “Funksional cəbrlərin çəkili endomorfizmləri” mövzusunda məruzə edib.
Məruzədə müntəzəm cəbrlərin maksimal ideallarından asılı olaraq çəkili endomorfizmlərin forması və onların sonlu cəmlərinin kompaktlığı üçün alınmış meyar haqqında danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.