Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda seminar keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edib.

Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılıb. Fundamental həllərin əsas xassələri tədqiq olunub və operatorun spektri araşdırılıb. Fundamental həllər tədqiqat işində mühüm rol oynadığı üçün onların ayrılşı tam təhlil olunub. İşdə tərs məsələnin həlli ilə yanaşı konstruktiv alqoritm təklif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər