Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30.01.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edəcəkdir.

Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri müzakirə ediləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər