Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda Rusiya Elmlər Akademiyası Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anantolyeviç Maltsev “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda çıxış edib.

Məruzə sonluqiymətli məntiqlərdə tamlıq probleminə həsr edilib. Bu problem hipereyniliklərin köməyi ilə həll edilir.

Çıxışda, həmçinin kvazi xətti funksiyalardan düzəldilmiş müxtəlif məntiqləri bir-birindən ayıran hipereyniliklərə misallar göstərilib.

Sonda alimə 75 illik yubileyi münasibəti ilə Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov tərəfindən imzalanmış təbrik ünvanı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər