Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda seminar keçirilib


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda çıxış edib.

Məruzədə qeyri-lokal başlanğıc və sərhəd şərtləri ilə parabolik tip tənlik üçün iki tərs mənbə məsələlərinə baxılıb. Tərs məsələlərin düz xətlər üsuluna əsaslanan ədədi həll üsulu təklif olunub. İlkin məsələlər naməlum parametrli adi diferensial tənliklər sisteminə gətirilib. Bu sistemi həll etmək üçün həllin xüsusi göstərilənə əsaslanan naməlum parametrləri tapmaq üçün qeyri-iterativ ədədi üsul təklif olunub. Test məsələlər üzərində aparılmış ədədi eksperimentlərin nəticələri verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər