Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanı 65 yaşı  münasibətilə təbrik edirik!


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi, f-r.e.n., dos. Gülşən Ağayevanın 65 yaşı tamam olur.

Gülşən Ramiz qızı Ağayeva 10 fevral 1954-cü ildə Bakı şəhərində anadan olub.

G. Ağayeva 1980-cı ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-mədən fakültəsini bitirib.

1973-1987-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mexanik, kiçik elmi işçi vəzifəsində “Neft yataqların istismarı və işlənməsi” kafedrasında çalışıb.

G. Ağayeva 1987-ci ildən isə Azərbaycan EA (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində işləyir.

O, 2008-ci ildən fizika-riyaziyyat elmləri namizədi, 2013-cü ildən isə “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə dosent elmi adını almışdır.

G. Ağayeva 2014-cü ildə “Əmək veteranı” ilə təltif olunub.

Hal-hazırda Gülşən xanım “Maye və qaz mexanikası” şöbəsində çalışır. Onun 26 elmi işi nüfuzlu jurnallarda çapdan çıxmışdır. Təhsil şöbəsində doktorantura və dissertantura istiqamətinin aparılmasında fəal iştirak edir.

İnstitutun kollektivi Gülşən xanımı 65 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-təşkilati, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.