Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda seminar keçirilib


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər”, “Funksional analiz” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin dissertantı, dosent Həsənov Sabir Qəhrəman oğlu “Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib.

Məruzədə Riss potensialı və onun kommutatorunun Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün zəruri və kafi şərtlər haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər