Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


20.02.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Rəcəb oğlu Aydazədənin “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarə olunması məsələsinə baxılacaq. İdarəetmə üçün əks əlaqədən istifadə olunur. Belə ki, aparatın ayrı-ayrı nöqtələrində quraşdırılmış ölçü cihazlarınından prosesin vəziyyəti haqqında daxil olan informasiyaya görə idarəetmənin cari qiyməti müəyyən olunur.

İdarəetmə prosesinin riyazi modeli birinci tərtib yüklənmiş hiperbolik tənliklə təsvir olunur. Məsələdə sintez idarəetmə parametrləri, müşahidə nöqtələrinin yerlərinin və onların sayı optimallaşdırılır. İşdə funksionalın qradiyentinin komponentləri üçün düsturlar alınmışdır ki, bu da məsələnin ədədi həllinə birinci tərtib optimallaşdırma üsullarının tətbiqinə imkan verir. Məsələnin ədədi həlli üçün test verilənlərinə görə kompüter eksperimentləri aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər