Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarı institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov açıb. Ömrünün 79-cu ilində dünyasını dəyişmiş tanınmış riyaziyyatçı alim, institutun “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rauf Hüseynovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov “Laya hidrodinamik təsir zamanı kapilyar dayanıqsızlığının tənzimlənməsi” mövzusunda məruzə edib.

Çıxışda lay sistemində kapilyar dayanıqsızlıq proseslərinin tənzimlənməsinin Maranqoni effekti və artan hidrodinamik təsir etmə üsulları ilə mümkünlüyü haqqında danışılıb. Bu üsulların həyata keçirilməsi, flüidlərlin və doymuş kollektorların fiziki-kimyəvi xüsusiyyətlərini və sıxışdırma şərtlərini nəzərə alınmaqla aparılırılması vacibliyi əsaslandırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər