AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Şöbənin genişləndirilmiş seminarında Kazan (Privoljski) Federal Universitetinin dosenti Linar Salıxzanoviç Sabitov 01.02.04 – deformasiya olunan bərk cism mexanikası ixtisasında fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün yerinə yetirdiyi “Nazikdivarlı çubuq-örtüklərin gərginlik-deformasiya vəziyyəti” adlı dissertasiya işini məruzə edib.
Dissertasiyada energetikada istifadə olunan nazikdivarlı qapalı çubuq örtüklərin gərginlik-deformasiya vəziyyətinin təyini üçün nəzəri-eksperimental üsul işlənmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.