Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həlləri” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həlləri” mövzusunda məruzə edib.

Məruzədə qeyri-xətti hiperbolik tənliklər üçün akustik şərtli qarışıq məsələlər və qoşmalıq şərtli qarışıq məsələlərlə bağlı əsas nəticələr haqqında məlumat verilib. Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşmalıq akustik şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və asimptotikası sahəsində əldə edilmiş nəticələr göstərilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər