Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin dissertantı dosent Sabir Həsənov “Kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib.

Məruzədə kəsr maksimal operator və onun kommutatorunun Orliç fəzasında məhdudluğu üçün zəruri və kafi şərtlər haqqında danışılıb. Bu nəticələrin tətbiqi olaraq Mb,α kəsr maksimal kommutator və [b, Mα] qeyri xətti kəsr maksimal kommutatorunun b Lipşist fəzasından olduqda Orliç fəzasında məhdudluğu üçün meyarlar və Lipşist fəzasının bəzi yeni xarakteristikaları verilib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər