Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Tükənmə rejimində işlənilən qazkondensat layının süzülmə-tutum parametrlərinin identifikasiyası” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi, professor Hamlet  Quliyev “Tükənmə rejimində işlənilən qazkondensat layının süzülmə-tutum parametrlərinin identifikasiyası” mövzusunda məruzə edib.

Məruzədə flüidlərin birölçülü süzülməsinin hidroqazdinamik modelinin flüidi xarakterizə edən parametrlərin identifikasiyalı təyini məsələsi haqqında danışılıb.

Sonda institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov institutun əməkdaşı Elxan Abbasovu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 aprel 2019-cu il tarixli iclasında doktorluq dissertsiya işinin təsdiq olunması münasibətilə təbrik edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər