Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


02.05.2019-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, r.ü.f.d., dos. Anar Rəhimov “Parametrlər və başlanğıc şərtlər haqqında natamam informasiya şəraitində hissə-hissə sabit funksiyalar sinfində toplanmış parametrli sistemlərin optimal idarə edilməsi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə obyektin parametrləri və başlanğıc şərtlərin qiymətləri haqqında ilkin natamam informasiya şəraitində hissə-hissə sabit idarəedici funksiyalar sinfində adi diferensial tənliklər sistemi ilə təsvir olunan obyektlərin optimal idarə edilməsi məsələsinə baxılacaq. Məsələdə idarəedicilərin hissə-hissə sabit qiymətləri və onların sabitlik intervallarının sərhədləri optimallaşdırılacaq. Sabitlik intervallarının sayı verildiyi halda funksionalın qradiyentinin düsturları alınır ki, bu da məsələnin ədədi həlli üçün optimallaşdırmanın birinci tərtib effektiv üsullarını tətbiq etməyə imkan verəcəkdir. Sabitlik intervallarının sayı verilmədiyi halda onların optimallaşdırılması üçün alqoritm təklif olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər