Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” mövzusunda seminar keçirilib


AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Qeyri-xətti dissipasiyalı hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlər” adlı məruzə ilə çıxış edib.

Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və qeyri-xətti dissipasiyalı qeyri-xətti hiperbolik tənliklər üçün qoşma akustik şərtli qarışıq məsələlərin həllərinin varlığı və asimptotikası haqqında danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər