Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Aqil Xanməmmədov  “Əlavə xətti potensiala malik olan Şredinger tənliyi üçün səpilmənin tərs məsələsi haqqında” mövzusunda məruzə edib.

Məruzə əlavə xətti potensiala malik olan birölçülü Şredinger tənliyi üçün Qelfand-Levitan formalizminə həsr olunub. Mənfi sonsuzluqda şərt ödəyən çevirmə operatoru qurulub və (–∞, x) yarımoxunda Qelfand-Levitan inteqral tənliyi alınıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər