Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Funksiyaların Banax fəzaları (Orliç fəzaları). Riman sərhəd məsələləri. Bazislik məsələlərinə tətbiqi” mövzusunda məruzə edib.

Məruzədə bazislik məsələlərinin öyrənilməsi üçün Riman sərhəd məsələsi metodunun mahiyyətindən bəhs edilib. Funksiyaların yeni Banax fəzalarında müəyyən sistemlərin (məs. həyəcanlanmış triqonometrik sistemlər) bazislik xassələrini öyrənmək üçün sxem təklif olunub, bu istiqamətdə yaranan çətinliklər və məsələlər haqqında məlumat verilib. Deyilənlərə Orliç fəzaları timsalında aydınlıq gətirilib və bu fəzalarda vəziyyət haqqında məlumat verilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər