Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Diferensial tənliklər” şöbəsinin əməkdaşı, professor Hacıyev Tahir Sədi oğlu “BMO əmsallı xətti qeyri-divergent elliptik tənliklərin həllərinin requlyarlığı” mövzusunda məruzə edib.
Məruzə BMO əmsallı xətti qeyri-divergent elliptik tənliklər üçün Dirixle məsələsinin həllərinin requlyarlığının öyrənilməsinə həsr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.