Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


30 may 2019-cu il tarixində saat 10:30-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Kəsr tərtibdən diferensiallama və inteqrallama və onlara aid illustrativ misal və məsələlər” mövzusunda məruzə edəcək.

Məruzədə əvvəlcə, riyazi fizikanın və riyazi biologiyanın tətbiqi əhəmiyyətə malik olan əsas model diferensial tənlikləri və onların kəsr tərtib törəmənin köməyi ilə formal göstərilişindən danışılacaq. Daha sonra, Riman-Liuvill və Kaputo mənada kəsr tərtibdən diferensiallama və inteqrallamaya aid illustrativ misallar nümayiş etdiriləcək. Kəsr tərtibli diferensial tənliklərin verilən şərtlər daxilində həllinin tapılmasına aid konkret məsələlərdən danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər