Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


12 iyun 2019-cu il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Diferensial tənliklər” şöbəsinin əməkdaşı prof. Aslanova Nigar Məhər qızı “Spektral parametr həm tənliyə, həm də sərhəd şərtinə daxil olan spektral məsələ haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə ikinci tərtib operator diferensial tənlik üçün spektral parametrin rasional funksiyası sərhəd şərtinə daxil olan məsələdən danışılacaqdır. Bu tip məsələlərlə bağlı operatorların öz-özünə qoşma genişlənmələri haqda və bir xüsusi halda operatorun spektrinin asimptotikası və requlyarlaşmış izi barədə məlumat veriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər