Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


02.10.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Xətti fazaya malik eksponent sisteminin Banax funksional fəzalarda bazislik xassələri haqqında” mövzusunda məruzə edəcəkdir.

Məruzədə xətti fazaya malik eksponent sisteminin bazislik xassələrinin öyrənilməsi tarixi haqqında qısa məlumat verilir. Bu sistemin funksional fəzalarda bazisliyinin öyrənilməsinə operator dildə məna verilir və uyğun Riman sərhəd məsələsi ilə  əlaqəsi göstərilir. Banax funksional fəzalarda bu sistemin bazisliyi üçün faza parametrindən asılı kafi şərt tapılır. Konkret fəzalar halında bu şərtlər məlum şərtlər ilə eyniləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər