Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


09.10.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi” mövzusunda birgə seminarı keçiriləcəkdir.

Seminarda  f.-r.e.n., dos. Sərvan Təhməz oğlu Hüseynov mövzu ilə bağlı məruzə edəcək. Məruzə zamanı müntəzəm cırlaşan divergent formalı ikinci tərtib kvazixətti elliptik tənliklər sinfinə baxılacaq. Bu tip tənliklərin həllərinin Hölder kəsilməzliyi və mənfi olmayan həllər üçün zəif tipli Harnak bərabərsizliyi isbat olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər