Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Small small Sobolev-Morri fəzalarının bəzi diferensial xassələri” mövzusunda seminar keçirilib


16.10.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Oktyabrın 23 keçiriləcək Riyaziyyat və Mexanika İnstitutnun 60 illiyinə həsr olunmuş konfransla bağlı məlumat verdi.

Ardınca Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Small small Sobolev-Morri fəzalarının bəzi diferensial xassələri” mövzusunda məruzə etdi.

Məruzədə yeni small small Sobolev-Morri fəzaları daxil edilir. İnteqral göstərilişi üsulu ilə daxil olunmuş fəzadan olan, n-ölçülü “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün Sobolev tipli bərabərsizlik  alınır. Həmçinin bu fəzadan olan funksiyaların qarışıq törəmələrinin  Hölder şərtini ödəməsi göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər