Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Gənc alimin ABŞ-a məxsus nüfuzlu impakt faktorlu jurnalda növbəti məqaləsi nəşr edilib


Ötən həftə ərzində gənc alimin ABŞ-a məxsus nüfuzlu impakt faktorlu jurnallarda sayca ikinci məqaləsi nəşr edilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun elmi məqaləsi ABŞ-ın nüfuzlu və impakt faktorlu “Computer Modeling in Engineering and Sciences” jurnalında (2019, Vol.121, №1, p.315-348) (https://www.techscience.com/cmes/) nəşr olunub. İnstitutun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, həmçinin elmlər doktoru hazırlığı üzrə dissertantının yeni elmi məqaləsi “Forced vibration of the non – homogeneously prestressed system consisting of the hollow  cylinder and surrounding medium”  adlanır.

https://www.techscience.com/cmes/2019/doi.php?id=6333

Məlumat üçün bildiririk ki, perspektivli gənc alimin bundan öncəki məqaləsi ötən həftə Amerikanın nüfuzlu “Computers, Materials and Continua” jurnalında nəşr olunmuşdu. Son günlərdə nəşr olunan hər iki məqalənin mənsub olduğu dərgilər “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir, həmçinin komputer, riyaziyyat və mexanika sahələrində yüksək nüfuzlu jurnallar sırasındadırlar.

Surkay D. Akbarov,  Emin T. Bagirov. Forced Vibration of the Non-Homogeneously Pre-Stressed System Consisting of the Hollow Cylinder and Surrounding Medium // CMES: Computer Modeling in Engineering & Sciences, Vol. 121, No. 1, 2019, p.315-348

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər