Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dosent Sərvan Təhməz oğlu Hüseynov ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universittetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sərvan Təhməz oğlu Hüseynov ”Oblastda müntəzəm cırlaşan Makenhaupt çəkili p-Laplas tənliyinin həllinin Hölder kəsilməzliyi və Harnak bərabərsizliyi” mövzusunda məruzə edib.

Məruzə zamanı müntəzəm cırlaşan divergent formalı ikinci tərtib kvazixətti elliptik tənliklər sinfinə baxılıb. Bu tip tənliklərin həllərinin Hölder normasının daxili apriori qiymətləndirilməsi göstəriləcək, həmçinin, həllərin Hölder kəsilməzliyi və mənfi olmayan həllər üçün zəif tipli Harnak bərabərsizliyi isbat olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər