30/10/2019
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.
AMEA Riyaziyyat və Mexanika İnstutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov AMEA RMİ-nin 60 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri ” adlı Beynəlxalq konfrans haqqında hesabat verdi.
İclasda həmçinin institutun “Maye və qaz mexanikası”, “Dalğa dinamikası”, “Sürüncəklik nəzəriyyəsi” və “Təhsil” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.
Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.