Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Ziyatxan Seyfəddin oğlu Əliyev “Adi və xüsusi törəməli diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib


Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Adi və xüsusi törəməli diferensial tənliklər üçün bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin qlobal bifurkasiyası” mövzusunda məruzə edib.

Məruzədə ikinci və dördüncü tərtib  adi və ikinci tərtib elliptik tip xüsusi törəməli diferensial tənliklər üçün qeyri-xətti məxsusi qiymət məsələləri təqdim olunur. Bu məsələlərin sıfırdan və sonsuzluqdan qlobal bifurkasiyası haqqında son dövrlərdə alınmış nəticələr və həll olunmamış məsələlər haqqında məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər