Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


13.11.2019-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi Elxan Məcid oğlu Abbasov “Birgə lay-quyu sistemində qazın süzülmə prosesinin modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə qazın süzülmə prosesinin inteqral modeli qurularaq quyuağzı təzyiqin dəyişmə qanunu nəzərə alınaraq lay-quyu sistemində qazın birgə qeyri-stasionar hərəkət tənliklərinin həllinə baxılır. Quyunun ani olmayaraq bağlanması zamanı quyuağzı və quyudibi təzyiqlər tapılır. Lay-quyu sisteminin dinamik əlaqəsi və quyuya qaz axının ani olmayaraq dayanması nəzərə alınaraq təzyiqin bərpa əyrisini öyrənməyə imkan verən analitik ifadələr alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər