Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.11.2019-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda prof. Kamil Aida-zadə “Yalnız sərhəd şərtləri ilə əlaqələnmiş bloklara malik blok strukturlu ADT sisteminin optimal idarə edilməsi məsələsinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə altsistemlərdən ibarət böyük qeyri-avtonom diferensial tənliklər sistemi ilə təsvir olunan obyektlərin (proseslərin) optimal idarə edilməsi məsələsi tədqiq olunur. Sistemin blokları (altsistemləri) yalnız qeyri-lokal, ayrılmamış sərhəd şərtləri ilə əlaqəlidirlər. Baxılan məsələnin alınmış optimallığın zəruri şərtləri ədədi həll üsulunun qurulmasında istifadə olunmuşdur. Təklif olunmuş ədədi yanaşmaya böyük həcimli və blok strukturlu düz və qoşma sərhəd məsələlərinin həlli daxildir. Üsul sərhəd şərtlərini köçürülməsi təklif olunmuş xüsusi sxeminə əsaslanır. Test məsələnin ədədi həllinin nəticələri verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər