Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib


Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun “Fəxri elmlər doktoru” və “Fəxri professor” attestatları ilə təltif edilib.

Attestatları akademikə ölkəmizdə səfərdə olan Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk təqdim edib.

Fəxri adlar akademik Arif Paşayevə Ukrayna Milli Aerokosmik Universitetinin Elmi şurasının müvafiq qərarları əsasında elmin və təhsilin inkişafına verdiyi töhfələrə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiqində iştirakına, eləcə də aerokosmik sahə üçün mütəxəssis hazırlığı istiqamətində gördüyü işlərə görə təqdim olunub.

© Mənbə: www.science.az

Faydalı linklər