27/11/2019
27.11.2019-cu il tarixində “Diferensial tənliklər” və “Riyazi-fizika tənlikləri” şöbələrinin növbəti birgə seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin dosenti Sevda İsayeva “Dəyişən əmsallı dalğa tənlikləri üçün qarışıq məsələlər; Riman həndəsəsi üsulu” mövzusunda çıxış edib.
Məruzədə Riman həndəsəsi üsulundan istifadə etməklə, dəyişən əmsallı dalğa tənlikləri üçün qarışıq məsələnin həllinin asimptotikası haqqında danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.