28/11/2019
Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Diskret sistemlərdə zəruri şərtlər” mövzusunda məruzə edib.
Məruzədə geniş mənada nisbi-açıq çoxluq anlayışından istifadə edərək funksionalın variasiyaları üçün daha ümumi düsturların alınması və onların tətbiqləri şərh olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.