29/11/2019
“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirildi. Seminarda elmi işçi Hicran Əli qızı Məmmədovanın “Cismlərin qeyri – stasionar konsentrasiyalı diffuziya olunan maddə ilə korroziya dağılması vaxtının proqnozlaşdırılması” mövzusunda məruzə etdi.
Məruzədə aqressiv mühitin qeyri – stasionar dəyişən konsentrasiyasının başlanğıc qiyməti və “material – aqressiv mühit” sisteminin təcrübə yolu ilə təyin olunan xarakteristikası məlum olduqda cismlərin korroziya dağılmasının vaxtını proqnozlaşdırmağa imkan verən üsul təklif olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.