Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Həm diferensial tənliyə, həm də sərhəd şərtlərinə spektral parametr daxil olan məsələlər üçün tamlıq və bazislik haqqında” mövzusunda birgə seminarı keçirilib


04.12.2019-cu il tarixində “Diferensial tənliklər””Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir.

Seminarda f.-r.e.d. İlham Vəliyullah oğlu Əliyev ”Həm diferensial tənliyə, həm də sərhəd şərtlərinə spektral parametr daxil olan məsələlər üçün tamlıq və bazislik haqqında”  mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə zamanı ixtiyari tərtib diferensial tənlik üçün xətti spektral məsələyə baxılmışdır. Elə sərhəd məsələsi qoyulur ki, spektral parametr həm də sərhəd şərtlərinə daxil olsun. Belə məsələ üçün xüsusi xəttiləşmə göstərilir. Nəticədə alınmış yeni xətti operatorun bəzi spektral xassələri öyrənilmişdir. Belə məsələlər həm də diferensial-operator tənliklər üçün ümumiləşdirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər