Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


06.12.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “VMO əmsallı parabolik tənliyin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı” mövzusunda məruzə edəcəkdir.

Məruzədə VMO əmsallı xətti müntəzəm parabolik tənlik üçün qoyulmuş sərhəd məsələsinin həllərinin ümumiləşmiş çəkili Morri fəzalarında requlyarlığı haqqında danışılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər