Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alimlərin məqaləsi Cənubi Koreyada çapdan çıxıb


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun və Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun həmmüəllifi olduğu məqalə Cənubi Koreyanın nüfuzlu “Structural Engineering and Mechanics” impakt faktorlu jurnalında nəşr olunub.

“Oxasimmetrik boyuna dalğaların qeyri-bircins ilkin gərginlikli “içiboş silindir-ətraf mühit” sistemində dispersiyası” adlı məqalənin nəşr olunduğu jurnal Struktur Mühəndislik və Mexanika Beynəlxalq Asossiasiyasının rəsmi dərgisidir və 2,804 impakt faktora malikdir.

© Mənbə: www.science.az