Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda seminar keçirilib


Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda məruzə edib.

Məruzədə əmsalın tapılması məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi yeni məsələdə optimal idarəedicinin varlığının isbatı, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin alınması şərh olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər